Sevdadan ETİRAF: "Birinci ərimdən ayrılanda, hamilə olduğumu öyrəndim" - FOTO/VİDEO

Hazırda oxunan: Sevdadan ETİRAF: "Birinci ərimdən ayrılanda, hamilə olduğumu öyrəndim" - FOTO/VİDEO

168274

"Gec ailə qurdum. 10 il bundan əvvəl, 33 yaşımda. Amma ailə həyatımın ömrü az oldu, cəmi bir ay çəkdi. Bir-birimizi sevmişdik. Hər şey qarşılıqlı idi ya da mən elə düşünürdüm (gülür). Düşünürdüm ki, qarşı tərəfdən də sevgi var. Qarşı tərəf haqqında nələrsə danışıb pis vəziyyətdə qoymaq istəmirəm, çünki, onunla münasibətim çox yaxşıdır. Hərəmizin ayrı-ayrı həyatlarımız var. Bizimki gətirmədi, alınmadı".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Sanaliyeva qonaq olduğu "Evdəkilərə salam" verilişində deyib.

Sənətçi ayrı-ayrı zamanlarda iki dəfə qurduğu ailə həyatından və keçmiş həyat yoldaşları ilə olan münasibətlərindən söz açıb. Sanaliyeva hər iki həyat yoldaşından boşandığına görə, peşimançılıq çəkmədiyi vurğulayıb:

"Bəlkə də ailəmizin alınmamasının səbəbi bir-birimizi yaxşı tanımadan evlənməyimiz oldu. Bəlkə də tələsdik. Anamın mənə dediyi söz idi: "Qızım, tələsirsən..." Anam istəmirdi bu evliliyi. Amma ayrılmağıma qətiyyən peşiman deyiləm. Çünki, əgər ayrılmasaydım çox pis hadisələr olardı. Səbəbi var ayrılmağımın. Kim istəyər ki, ailəsi dağılsın? Sevərək qurduğun ailəni, dağıtmaq istəyərsən? Qətiyyən, yox! 

Birinci həyat yoldaşımla ayrılanda hamilə olduğumu yenicə bilmişdim. Bu hadisə isə mənə çox pis təsir etmişdi. Çünki, atasız böyüdüyüm üçün özüm-özümə söz vermişdim ki, uşaqlarım atasız böyüməyəcək. Amma bəzən elə olur ki, belə qərar verməyə məcbur qalırsan. Mən də bu qərarı verməyə məcbur idim. Mənə çox çətin oldu. Ayrıldığımı heç kimə demədim. Hər kəsə yalan danışdım. Ayrıldığım halda belə sosial şəbəkə hesabımda onunla birlikdə şəkillər, statuslar, postlar paylaşırdım. 

Utanırdım, düşünürdüm ki, mən kimə necə başa salacağam ki,... Ətrafdakı insanlar deyəcəklər ki, “bu niyə bir aydan sonra həyat yoldaşı ilə ayrıldı? Bəlkə Sevdada nəsə bir problem var?”

Bu söz-söhbətlər yayılacaq deyə çox utanırdım. Uzun müddət həyat yoldaşımdan ayrılmağımı gizlətdim. Hamiləliyimin 7-ci aydında həyat yoldaşımdan ayrıldığımı açıqladım. Onu çox sevdim və sevərək də ayrıldım. Peşiman deyiləm... 

Sənətimdən və hər şeydən vacib ailədir. Mən ikinci ailəmi qoruyub, saxlamağa çalışdım. Niyə çalışdım, çünki birinci ailəm düz gətirmədi deyə düşündüm ki, ikinci həyat yoldaşımdan ayrılsam, 100 faiz günahı məndə görəcəklər. Mən biraz da insanlar haqqımda nələr söyləyəcəklər fikri ilə yaşayırdım".

Proqramın aparıcısı Aytəkin Mərdanovanın "Üçüncü dəfə ailə qurarsınız?" sualına Sevdanın cavab reaksiyası belə olub:

"Bir daha ailə qurmaram. Övladlarım artıq böyükdür. Nə deyib onların qarşısına başqa bir insanı gətirə bilərəm? Xeyr! Mənim sevgilim, həyat yoldaşım, atam, qardaşım hamısı mənim iki övladımdır".

Qeyd edək ki, S.Sanaliyevanın ilk toyu 2014-cü ilin iyunun 25-də baş tutub. Elə həmin ilin sentyabrında sənətçi üç aylıq hamilə olduğunu açıqlayıb. 2015-ci ilin fevralında sənətçinin oğlu Elgün dünyaya gəlib. Sevdanın qızı isə 2016-cı ilin avqustunda doğulub. O, qızının atasının Cəmil bəy olduğunu, onunla evləndiyini mediaya açıqlayıb. 
 





Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin