Müğənni Günay İbrahimli ABŞ-a yollanıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı sənətçi sosial şəbəkə hesabında məlumat verib.
Okeanın o tayına gedən Günay ilk əvvəl yolunu Kaliforniyadan salıb. İbrahimli oranın məşhur tramvay keçən küçələrində rəfiqəsi ilə dolaşıb.
Həmin anları lentə alan müğənni “Özümdən Amerika çıxarıb, gəldim çıxdım Kaliforniyaya. Okeanın bu tərəfindən salamlar“ şərhini yazıb.
Qeyd edək ki, Günay İbrahimlinin ABŞ-a getməsinin səbəbi orada yaxın günlərdə keçiriləcək tədbirdə çıxış etməsidir.
Rəşad Əliyev, Bizim.Media