“O vaxt rejissorlarımız əziyyət çəkib uşaqlara aid, onları baş qəhrəman obrazında təqdim edən filmlər çəkirdilər. Bu filmlərdə uşaqlardan başqa xeyir və şər, mistik qüvvələr, heyvanlar əsas personajlar idi. Onlara hələ erkən yaşlarından heyvanlara sevgi, şər qüvvələrə nifrət aşılanırdı.
Məsələn “Ögey ana”, “Qaraca qız”, “Bir qalanın sirri”, “Sehrli xalat”, “Şir evdən getdi”, “Asif, Vasif, Ağasif”, “Şərikli çörək” və s. kimi filmləri bunlara misal göstərmək olar. Amma nədənsə indiki dövrdə uşaqlara aid, onların marağını cəlb edən filmlər çəkilmir. Bəs uşaqlar nəyə baxsınlar? Hansı ekran işlərindən tərbiyyə götürsünlər?”
Bizim.Media xəbər verir ki, bunu “Qaraca qız” filminin Xədicəsi Leyli Axundova deyib.
Sənətçi daha sonra əlavə edib:
MÖVZU İLƏ BAĞLI:
Pornoqrafiya - seksual istək yoxsa psixoloji pozğunluq – REAL HEKAYƏLƏR
“İndi çəkilən filmlərdə bu onu öldürür, o bunu öldürür, biri pul verir ki, digərini pis yola çəksinlər, narkomanlar, bağışlayın məni əxlaqsız qadınlar göstərilir, bir sözlə pozğunçuluq təbliğ olunur. Mən o seriallara baxmağa utanıram, heç baxmıram da.
Ona görə ki, baxıb əsəbləşirəm. Yazıq uşaqlar üçün heçnə çəkilmir. “Qaraca qız” filminə çəkiləndə rejissor Şamil Mahmudbəyov bizim nazımızla oynayırdı. Bizi öyrədirdilər, kameraya öyrəşdirirdilər. Biz uşaqlıq yaşamışıq, uşaq ikən məşhurluq bizə qismət olub. Amma indiki uşaqlara yazığım gəlir.
Pandemiyadır, məktəblər də bağlanıb, oturublar evdə. Nə bir birləri ilə dostluq edə bilirlər, nə müzakirələr apara bilirlər. Bizim “Qaraca qız” filmində də əsl dostluq göstərilir. Yəni rejissor orada göstərmək istəyir ki, dostluq imkana, var-dövlətə, geyimə baxmır, qəlbə baxır, ürəyə baxır. Bu nədir? Bunun özü də bir təbliğatdır da.
Amma indi uşaqlar da dostluq etmək üçün imkana, pula, geyimə baxır. Bu da təbliğatdır, göstərilən filmlərin nəticəsidir. Siz bilirsiz ki, televiziya bir güzgüdür, o nə göstərirsə insanlar baxır. Heç cizgi filmi də çəkilmir."
"Azərbaycan kinosu hal-hazırda uçurumdadır. Uşaqlar bir yana böyüklər üçün də film çəkən yoxdur. Heyf köhnə rejissorlarımızdan, çox heyf. Yəqin ki, tələbat yoxdur deyə rejissorlar film çəkmir".
"O vaxt tik-tok, instagram yox idi, amma indi gic-gic şeylər peyda olub. İnsanlar yaxşı kinoya baxmaq, yaxşı kitab oxumaq istəmirlər” -deyə Leyli Axundova deyib. (Moderator.az)
Bizim.Media