Aparıcı Zaurdan həyat yoldaşını əxlaqsız çıxaran kişiyə - “Aliment verməmək üçün”

Hazırda oxunan: Aparıcı Zaurdan həyat yoldaşını əxlaqsız çıxaran kişiyə - “Aliment verməmək üçün”

16771

“DNT analizi edin deyirlər. Nəyə verək? Bilirsiz neçəyədir? 2000-2500 manatdır analiz. Bilmirsiz uşaq sizindi, ya yox? Nə asandı insanları ləkələmək. Aliment verməmək üçün qadınlarınızı əxlaqsız çıxarırsınız. Ayıb deyil?”.

Bizim.Media xəbər verir ki, bu sözləri həyat yoldaşını əxlaqsız adlandıran kişiyə əsəbiləşən aparıcı Zaur Baxşəliyev “Bizimləsən” proqramında deyib. 

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı aparıcı koronavirusa yoluxdu - FOTO


“Camaatın qızını alıb aparanda, belinə qırmızı bağlayıb toy edəndə bilmirdin kimdir? Elə bilirlər DNT analizi asandı. Qadınlarınıza niyə ləkə yaxırsız? Pis idi zamanında ayrılardın, toy günü gətirib anasının qapısına qaytaraydın ki, salamat qız böyütməmisən".

"Əsəbiləşirəm insanların əlindən, ata gəlib 100 manat verməmək üçün deyir, qadın pozğundur, əxlaqsızdır. Camaat iki gündür küçədə tanış olduğunu qoruyur. Siz bir yastığa baş qoyduğunuz, uşaq dünyaya gətirən qadına ləkə yaxırsız? Əvvəl bu sözü işlədən kişi gedib özünü öldürərdi".

"Adamlar var ki, nələr xərcləyir, hər şeyini satır verir uşağım olsun. Bəziləri isə qəbul etmir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin