Onkoloji xəstəlikdən əziyyət çəkən Gülbahar Şükürlünün SƏHHƏTİ NECƏDİR? – ÖZƏL 

Hazırda oxunan: Onkoloji xəstəlikdən əziyyət çəkən Gülbahar Şükürlünün SƏHHƏTİ NECƏDİR? – ÖZƏL 

167547

Xəbər verdiyimiz kimi, onkoloji xəstəlikdən əziyyət çəkən Əməkdar artist Gülbahar Şükürlü aylar əvvəl səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Həkim müdaxiləsindən sonra noyabrın 3-də qarmon ustasının vəziyyəti yaxşılaşdığı üçün xəstəxanadan evə buraxılmışdı.

G.Şükürlünün hazırda səhhətinin necə olmasını öyrənmək üçün Bizim.Media-nın əməkdaşı Əməkdar artistlə əlaqə saxlayıb. 

Sənətçi vəziyyətinin yaxşı olduğunu bildirib: 

"İnsan xəstələnə də bilər, sağala da. Hazırda səhhətim şükürlər olsun ki, yaxşıdır. Özümü yaxşı hiss edirəm. Hazırda nəvəmin doğum günündəyəm.

Məndən nigaran qalanlara isə demək istəyirəm ki, hazırda nigarançılığa ehtiyac yoxdur. Müalicələrim davam edir. Allaha pənah, hər şey yaxşı olacaq". 

Qeyd edək ki, aylar əvvəl Gülbahar Şükürlü Bizim.Media-ya açıqlamasında bildirmişdi ki, Maqnit rezonans tomoqrafiya (MRT) müayinəsi zamanı onun başında xoşxassəli şiş aşkarlanıb.

Qarmon ustası şişin ölçülərinin kiçik olduğuna görə əməliyyata ehtiyac olmadığını vurğulayıb. O, müalicələr aldığını söyləyib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin