Natalya Korolyova qarın üzərində yarıçılpaq VİDEOSUNU PAYLAŞDI 

Hazırda oxunan: Natalya Korolyova qarın üzərində yarıçılpaq VİDEOSUNU PAYLAŞDI 

167499

Rusiyanın Əməkdar artisti Natalya Korolyova ağılasığmaz hərəkəti ilə gündəmə səs salıb. 

Bizim.Media xəbər verir ki, 50 yaşlı sənətçi buxar otağından yarıçılpaq halda soyuq, qarlı havaya çıxıb. 

Hamam xidmətçisinin köməyi ilə şaxtalı havada Korolyova yerdən götürdüyü qarı çılpaq bədəninə sürtüb. Natalya cəsarətli addımını lentə alaraq sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Müğənni paylaşımına “Sevdiyim yerdə, şaxtalı bir səhər, hamamda! Çırpın! Qış tətili təlaşından əvvəl payızı yuyun! Yaşasın!” sözlərini yazıb. 

Korolyovanın izləyiciləri onun gözəlliyinə və gözəl formasına heyran olublar. Onlar şərh bölməsində “Nataşa oddur”, “Rus hamamı qışda sizə lazım olan şeydir”, “Nataşa, sən ən yaxşı və ən gözəlsən” kimi rəylər yazıblar. 

Diqqətçəkən məqam Natalyanın hamamda əri, fitnes məşqçi Sergey Qluşko (Tarzan ) olmadan vaxt keçirməsi olub. Görüntülərdə isə Natalyanın üzərinə qarı atan “Tarzan” deyil, onun çılpaq bədəninə cəsarətlə toxunan hamam xidmətçisidir.
Natalya Korolyovanın qalmaqallı və açıq-saçıq hamam sərgüzəştlərinin görüntülərini təqdim edirik: 

 




Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin