Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı videobloger və iş adamı Hüseyn Həsənov Bakıda azyaşlı fanatları ilə görüşüb.
Bizim.Media xəbər verir ki, 20 nömrəli məktəbin yanından dəbdəbəli avtomobilə keçən Hüseyni görən şagirdlər sevinclərindən mühəccərlərin üzərindən atlanaraq ona sarı qaçıblar.
Həsənov məktəblilərlə səmimi ünsiyyət qurub və xatirə fotolar çəkdirib. Həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən bloger “Mən səhv edirmişəm” şərhini yazıb.
Həmin görüntüləri sizə təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media