Təranə Qumral: “Doğuş Xoşqədəmə 100 min dollarlıq saat alıb” – VİDEO 

Hazırda oxunan: Təranə Qumral: “Doğuş Xoşqədəmə 100 min dollarlıq saat alıb” – VİDEO 

167112

Müğənni Təranə Qumral türk həmkarı Doğuşun həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızına 100 min dollara saat hədiyyə etdiyini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Günaydın, Azərbaycan!” səhər verilişində danışıb. 

Təranənin “Mən bilirəm və görmüşəm ki, Doğuş Xoşqədəmə 100 min dollara saat hədiyyə edib” sözlərini inkar edən Xoşqədəm verilən hədiyyələrlə bağlı bu açıqlama verib: 

“Doğuş mənə 100 min dollara heçnə almayıb. Doğuş mənə saat hədiyyə edib, amma onun qiyməti 100 min dollara deyil. Əgər o saatın 100 min dollar qiyməti olsaydı, dərhal onu satardım. Bahalı əşyaları sevmirəm. Doğuş mənə bahalı eynək almışdı. Qiymətini biləndə aparıb onu mağazaya qaytardım. 

Mənə kimsə bahalı hədiyyə versə, o başqa məsələ. Amma Doğuşa demişəm ki, təyyarədə “biznes” sinfindən istifadə etmə. Böyük şirkətlərin xarici ölkələrdə keçirdikləri tədbirləri çıxmaq şərti ilə təyyarədə “biznes” sinfi ilə uça bilər. Amma Doğuş mənimlə ailə qurduqdan sonra özümüz uşaqlarla harasa uçanda yalnız “ekonom” sinifdən istifadə edirik. Səni təyyarədə “biznes” sinfindən ayıran təkcə bir pərdədir. 
Markalara verilən yüksək miqdarda pulu ağılsızlıq sayıram. Ondansa o pulla mən övladlarımla dünyanı gəzərəm. Onların biliyinə, savad almasına təhsilinə xərcləyərəm. Nə qədər pul qazanıramsa, hamısını övladlarımın təhsilinə xərcləyirəm. Bu gün onların beş dil bilməsi, gözəl rəsmlər çəkməsi, pianoda ifa etməsi və s. Bütün var-dövlətim uşaqlarımdadır”. 

Qeyd edək ki, Xoşqədəm və Doğuş cütlüyün Arda və Arın adlı əkiz oğlan övladları var.  
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin