Xatirə İslam üzləşdiyi böhtandan DANIŞDI: “Deyib ki, uşağını atıb üstümə, özü isə...” – VİDEO 

Hazırda oxunan: Xatirə İslam üzləşdiyi böhtandan DANIŞDI: “Deyib ki, uşağını atıb üstümə, özü isə...” – VİDEO 

167093

Müğənni Xatirə İslam üzləşdiyi xoşagəlməz hadisədən söz açıb. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Xəbər-ətər” verilişində bildirib ki, yenicə efirlərə çıxdığı zaman böhtanla üzləşib. 

“İllər əvvəl xalam həyat yoldaşı ilə bazarda məhsul alarkən görüb ki, bir kişi yanında da 5-6 yaşında uşaqla durub. Həmin kişi oradakı camaata deyir ki, müğənni Xatirə uşağına baxmır. O uşağını atıb üstümə, özü isə gedib oxumağa. 
Mən isə o ərəfələrdə yenicə efirlərə çıxırdım. Yəni, yenicə müğənniliyə başlamışdım. Kişi deyirdi ki, guya o uşaq mənimdir (gülür). Xalamla həyat yoldaşı kişini bu danışığını eşidib deyiblər ki, bu dəlidir, axı bu nə danışır... Yəni hər cür insan var. Göz görə-görə camaata deyir ki, buna bax Xatirə uşağı atıb üstümə, özü isə efirdə oxuyur”, - deyə Xatirə vurğulayıb. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin