34 yaşlı keçmiş yüngül və yüngül çəkidə UFC çempionu Konor Makqreqor dördüncü dəfə ata olub.
Bizim.Media xəbər verir ki, idmançıya yenidən ata olmaq sevincini onun sevib-seçdiyi yarı Di Devlin yaşadıb.
Cütlüyün çoxuşaqlı valideyn olmasına rəğmən, aşiqlər hələ də münasibətlərini qanuniləşdirməyiblər.
Konor həyat yoldaşına klinikada dəstək olub. O, körpə ilə çəkdiyi fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Konor şəkillərə “Daha bir sağlam oğlan dünyaya gəldi. Di, sən mənim qəhrəmanımsan” şərhini yazıb. İdmançı sevgilisinin səhhətinin yaxşı olduğunu və körpənin 3,67 kq ağırlığında olduğunu bildirib.
Qeyd edək ki, Konor və Dinin daha üç övladı var: altı yaşlı “Conor Jr.”, dörd yaşlı Kroya və iki yaşlı Rian. Kroya cütlüyün yeganə qızıdır.
Makqreqor sevgilisinin hamilə olduğunu iyun ayında açıqlamışdı. Dördüncü övladının doğulmasından bir gün əvvəl Konor Dinin artıq klinikada olduğunu söyləmişdi. Makqreqor eyni vaxtda iki çəki dərəcəsində yarışan ilk UFC döyüşçüsüdür. O, 2015-ci ildə yarı yüngül çəki çempionu, 2016-cı ildə isə yüngül çəki çempionu olub.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:16 / 01.12.2023
Konor Makqreqor dördüncü dəfə ata oldu – FOTO
Hazırda oxunan: Konor Makqreqor dördüncü dəfə ata oldu – FOTO
Hazırda oxunan: Konor Makqreqor dördüncü dəfə ata oldu – FOTO
166981
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.