“Müğənnilər özbək, fars, türkmən ritmlərini qarışdırıb musiqilər oxuyurlar. Həmin musiqilərə qulaq asanlar isə olurlar manqurt. Ümumiyyətlə, onları qınamaq lazım deyil. Onlar haqda danışmaq və müzakirə etmək belə artıqdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Əməkdar artist Elza Seyidcahan qonaq olduğu “Tarixin bir günü” verilişində deyib.
Sənətçi mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin adının bayağı ifaçılarla çəkilməsinə sərt şəkildə etiraz edib:
“Məmmədbağır Bağırzadə özü başqa bir məktəbdir. O, Qarabağ yox, sırf Bakı muğam məktəbidir. Məmmədbağır özü bir dahi sənətkardır. Onun adını bəzi zir-zibillərin yanında çəkməyin. İndi zir-zibillər dolub səhnəyə. Çünki bəzi cibində pul olanların başlarında musiqi yoxdur. Bəziləri cibə oxuyurlar”.
Rəşad Əliyev, Bizim.Media