Rusiyanın qalmaqallı müğənnisi Anna Semenoviç Azərbaycana gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi Bakıya gələr-gəlməz əvvəlcə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında daha sonra paytaxtın mərkəzində dolaşdığı görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Anna Bakı ilə bağlı fikirlərini bu sözlərlə ifadə edib:
“Bakını gəzirəm, bura çox gözəldir, qeyri-adi şəhərdir. Bura istidir, əynimə yüngül palto geyinmişəm. Bu isə Müslüm Maqomayevin yaşadığı küçədir. Bakıda hamı necə də qonaqpərvərdir”.
Rəşad Əliyev, Bizim.Media