Meyxanaçı Xəyyam Əhmədli səhhətindən DANIŞDI: “Gözüm qaraldı, huşum getdi” - VİDEO  

Hazırda oxunan: Meyxanaçı Xəyyam Əhmədli səhhətindən DANIŞDI: “Gözüm qaraldı, huşum getdi” - VİDEO  

166368

Bir neçə gün əvvəl qəfil səhhəti pisləşdiyi üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən meyxanaçı Xəyyam Əhmədli sağlamlığı ilə bağlı açıqlama verib. 

Bizim.Media xəbər verir ki, söz xiridarı “Elgizlə izlə” ictimai-sosial verilişə müsahibəsində bildirib ki, səhhəti ilə əlaqədar 24 gündür ki, xəstəxanadadır. 

“Heç özüm də bilmirəm, nələr baş verdi. Uzun zaman əvvəl ürəyimə su yığılmışdı. Buna görə o zaman əməliyyat olunmalı idim, amma olmadım. Birdən-birə gözüm qaraldı, huşum getdi. 24 gündür ki, xəstəxanadayam, həkimlərin nəzarətindəyəm. Əsas odur ki, o çətin günlər geridə qaldı”, - deyə Xəyyam vurğulayıb. 
Qeyd edək ki, meyxanaçı Xəyyam bir neçə gün əvvəl ürək şikayətləri ilə təcili xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır. O, 2018-ci ildə ürəyindən "anju" olunmuşdu. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin