Müğənni Musa Musayev növbəti açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "7 tamam" axşam şousunda cavan yaşlarında pis vərdişlərə qurşanmasından danışıb.
Musa Təranə Qumralla evləndikdən sonra spirtli içkilərə meyl saldığını etiraf edib:
"1979-cu ildə 10-cu sinifdə oxuyanda əmim Xalq artisti Niyamməddin Musayevin idarə etdiyi "Röya" instrumental ansamblında gitarist kimi çalışırdım. İlk dəfə filarmoniyada səhnəyə çıxmışdım. 1988-1989-cu illərdə özüm "Təbriz" adlı qrup yaratdım.
Orada artıq müğənni kimi çıxış edirdim. Təranə xanımla ailə quranda spirtli içkiyə qurşandım. Çox içki içirdim. Adım vardı, özüm isə yox idim. Təranə xanım mənə spirtli içkiləri tərkizdirdi, tövbə elətdirdi. Mənə mahnılar bəstələtdirdi və bərabər birlikdə oxumağa başladıq. 27 ildir ki, mən spirtli içkilərdən uzaqlaşmışam".
Qeyd edək ki, Təranə-Musa cütlüyünün Fidan, Qumral və Sevgim adlı üç qız övladı var.
Rəşad Əliyev, Bizim.Media