Xəbər verdiyimiz kimi, Türkiyənin meqastarı Tarkan Tevetoğlu ötən gün Bakıda canlı konsert proqramı ilə çıxış edib.
Bizim.Media xəbər verir ki, dillərdə əzbər hitlərini və möhtəşəm rəqsləri ilə tamaşaçılara unudulmaz anlar yaşadan 51 yaşlı sənətçi "Aşk gitti bizden" mahnısını oxuyarkən səhnəyə qız pərəstişkarlarından biri gəlib.
Tarkanı qucaqlayıb, öpüşlərə qərq edən fanatına pop ulduz qarşılıq verərək, səmimi münasibət göstərib. Tarkanla selfi çəkdirən xanım qulağına nələrsə pıçıldayaraq səhnədən uzaqlaşıb.
Həmin anlar redaksiyamızın əməkdaşı tərəfindən lentə alınıb. Sözügedən görüntüləri sizə təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media