Rusiya və MDB ölkələrində məşhurlaşan Azərbaycan əsilli repçi Jah Khalibin (Bəxtiyar Məmmədov) ötən gün Daşkənd konsertində iğtişaş yaşanıb.
Bizim.Media rus mətbuarına istinadən xəbər verir ki, musiqiçinin konsertinə alınan biletlərin əksəriyyəti saxta çıxıb.
Konsertə buraxılmayan vətəndaşlar əsəbiləşərək dava salıblar.
Özbəkistan Milli Qvardiyasının xüsusi təyinatlı dəstəsi ictimai asayişi qorumaq üçün baş verən davaya müdaxilə ediblər. Qurumun mətbuat xidməti hadisəni iğtişaş adlandırıb:
"İctimai asayişi pozmaqda şübhəli bilinən şəxslər Milli Qvardiyanın əməkdaşları tərəfindən konsert zalından çıxarılıb, baş verə biləcək neqativ halların qarşısı alınıb, xəsarət alan olmayıb. Hadisələrlə bağlı araşdırma aparılır".
Rəşad Əliyev, Bizim.Media