Xəbər verdiyimiz kimi, Türkiyənin meqastarı Tarkan Tevetoğlu Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi altı illik həsrətə son qoyaraq "Baku Crystal Hall"un səhnəsinə "Yolla" adlı hitini ifa edərək çıxıb.
Tarkan canlı ansamblının müşayiəti ilə ikinci hiti olan "Bu gecə" və digər sevilən nəğmələrini arda-arda düzüb.
Konsert boyunca meqastar əsrarəngiz, canlı ifaları və səhnə performansı ilə onu izləməyə gələn tamaşaçılara unudulmaz anlar və coşqu dolu dəqiqələr yaşadıb.
Tarkan konsertində yaşanan həmin anları təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media