Qəzada nəvəsini itirən Cığatel İsaqızı efirə çıxıb nalə qopardı - VİDEO 

Hazırda oxunan: Qəzada nəvəsini itirən Cığatel İsaqızı efirə çıxıb nalə qopardı - VİDEO 

165950

“Özümə gələ bilmirdim. Guya ki, özümə gəlmişəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri şairə və qiraətçi Cığatel İsaqızı qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.

Bu ilin iyulunda avtoqəza nəticəsində nəvəsi Süleymanı itirən sənətçi uzun müddətdən sonra efirə çıxıb.

Nəvəsinin itkisi ilə barışa bilməyən Cığatel ağlayaraq, bu sözləri dilə gətirib:

“Evimizin nəşəsi (sevinci – red.) pozulub. Evdə neçə nəfərik, amma sanki bir-birimizə yad insanlarıq. Heç kim danışmır, gülmür. Ən çox da nəvəm kiçik Cığatel. Onun gözünün yaşı qurumur, dava edir. Nəvəm Cığatel susayıbmış. Baxıb görürük ki, mərhum nəvəm Süleymanın şəklinin üstünə su tökülüb. O, şəkli aparıb ona su içirtmək istəyibmiş”.

Verilişdə Şairə Cığatel İsaqızı, onun qızı Leyla Camal və proqramın aparıcılarının Süleymanın məzarını ziyarətindən görüntülər yayımlanıb. Təsirli kadrları studiyada izləyən həm şairə, həm onun qızı, həm də digər qonaqlar göz yaşı axıdıblar.

Qeyd edək ki, sözügedən hadisə Ələt-Astara magistralın 38-ci km-də, Salyandan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb.
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin