Xatirə: "Yenidən ana olmaqdan imtina etdim" – VİDEO

Hazırda oxunan: Xatirə: "Yenidən ana olmaqdan imtina etdim" – VİDEO

165930

"Yenidən ana olmaqdan “vazkeçdim”. Belə başa düşürəm ki, artıq gecdir. Amma çox istəyirdim ki, övladım olsun. Çox əziyyət çəkdik".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.

Aylar əvvəl ikinci dəfə ana olmaq üçün müalicələr alan Xatirə bildirib ki, buna görə 25 kiloqram çəki almışdı:

"İkinci dəfə ana olmaq istəyirdim, 25 kiloqram kökəldim. Kökəlmək mənim işimə də ziyan vurdu. İstədiyim kimi işlərimi görə bilmədim, istədiyim geyimləri geyinə bilmədim. İstər maddi, istərsə də mənəvi tərəfdən əlimdən gələni etdim ki, ikinci dəfə ana olum. Müalicə üçün xarici ölkələrə getdim, aylarla orada qaldım".

Müğənni yeganə övladı Emildən də söz açıb. O bildirib ki, azyaşlı oğlu ona hər işində kömək olur:

"Hərdən oğlum Emilə deyirəm ki, bax, qız övladım yoxdur. Sən mənə kömək et. Sən mənim oğlum, dostum, yoldaşımsan. Məni incitmə. Mənim qızım yoxdur. Mənə kömək ol".

Qeyd edək ki, Fəxrəddin adlı bəylə ailəli olan Xatirənin Emil adında bir oğlu var. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin