Rusiya və MDB ölkələrində məşhurlaşan videobloger və iş adamı Hüseyn Həsənov Bakıda özünə lüks ev alıb.
Bizim.Media xəbər verir ki, bu haqda Hüseyn sosial şəbəkə hesabında məlumat yayıb.
Həsənov Nardaran ərazisində yerləşən “Sea Breeze”də 7 mərtəbəli yenitikili binaların birindən 2 otaqlı təmirli studiya mənzil alıb.
Sənətçi sahibləndiyi evinin görüntülərini izləyiciləri ilə bölüşərək, mülkdən razı qaldığını bildirib.
Qeyd edək ki, H.Həsənov Moskvada “Moscow City” adlanan lüks “residence”də yerləşən çoxmərtəbəli binaların birində yerləşən mənzilini hazırda təmir etdirir. Bundan başqa bloger həmin “residence”in digər binasında özünə başqa bir təmirli mənzil də alıb.
Rəşad Əliyev, Bizim.Media