Müğənni Təranə Qumral qalmaqal yaşadığı həmkarı Nazənin Salayevanın "Bu gün reklam və efirlərə çıxmaq xatirinə nə gəldi uydururlar. Birini infarkt edirlər (Təranə Qumralın həyat yoldaşı Musa Musayevin infarkt keçirdiyini nəzərdə tutur – red.). And olsun Allaha ki, heç belə şeylər yoxdur" ittihamlarına sərt şəkildə cavab verib.
Bizim.Media xəbər verir ki, Təranə qonaq olduğu "Həmin Zaur" axşam şousunda Nazəninə qarğış edib.
"Hər kəs ki, yalandan özünə xəstəlik adı qoyursa, buradan deyirəm və özü də bilir ki, ismarıcım kimədir. Allah özünün canına xəstəlik qismət etsin".
Bununla da ürəyi sakitləşməyən T.Qumral onun bahalı, markalı saatını rişxənd edən N.Salayevaya ağır sözlər ünvanlayıb:
"Neçə gündür bir çəpgöz ayı deyir ki, bu saatı guya qonşudan almışam. Qonşudan bir dəfə bir şey almaq olar. Hər gün qonşunun qapısını döyüb bir şey almaq olmaz ki,... Geyinib gəlmişəm, sənə axı nə var ki, bunu mən qonşudan, qohumdan və ya kirayə almışam... Axı bunun sənə nə dəxli var. Niyə o kor, çəp gözlərini... Yaxşı sil o çəp gözlərini və əyri ağzını... Bu insan mənim görünüşümü qəbul edə bilmir".
Xatırladaq ki, Nazənin Salayeva "Rəngarəng səhər" verilişində "Biri deyir ki, saatımın və üzüyümün qiyməti 52 min manatdır (düşmən olduğu Təranə Qumralı nəzərdə tutur - red.). Amma sürdükləri avtomobillərinin qiyməti 15-20 mindir. Həyatda 5 gün yaşayırıq. Normal müğənnidirlər insan arasına çıxırlar, o 52 min dediyi saatı satıb özlərinə yaxşı avtomobil alsınlar" sözləri ilə Təranə Qumralı tənqid edib.
Qeyd edək ki, Nazənin Salayeva ilə Təranə Qumral arasında qalmaqal 9 il bundan əvvəl keçmiş "ANS" telekanalının “Bazar səhəri” verilişində yaranmışdı.
Müğənni Təranə Qumral həmkarı haqqında “Nazənin 7 dəfə ərdə olub” deməsinin ardınca qarşı tərəf “Təranəni ərimlə tutmuşam” kimi şok açıqlamalar vermişdi.
Bundan sonra müğənni Nazənin özü və əri haqqında səslənən təhqir və ittihamlara görə qarşı tərəfi məhkəməyə vermişdi.
Məhkəmə Təranə Qumralın həmkarı haqqında dediyi sözlərin böhtan və yalan olduğunu sübuta yetirərək, onun şərəf və ləyaqətini alçaltdığına görə 10 min manat təzminat cəzası və efirdə qarşı tərəfdən üzr istəməsi barədə qərar qəbul etmişdi.
Bundan narazı qalan Təranə Qumral Apellyasiya Məhkəməsinə şikayət etmiş, məhkəmə təzminat cəzasını 3 min manata endirmişdi. Bundan da narazı qalan müğənni Ali Məhkəməyə şikayət ərizəsi vermişdi. Müğənnilər uzun illərdirdir ki, düşmən mövqeyindədirlər.
Rəşad Əliyev, Bizim.Media