Aparıcı və prodüser Tarix Əliyev (Tolik) açıqlaması ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, Tarix qonaq olduğu “Xəbəriniz var?” maqazin verilişində bildirib ki, Qarabağa köçüb orada işləmək arzusundadır.
“Tam səmimiyyətimlə deyirəm, Qarabağımızın istənilən bölgəsində televiziya açılsa və mənə orada kanalın baş prodüseri kimi və ya hansısa mədəniyyət idarəsində iş versələr, təbii ki, öz sahəmə uyğun “şələ-şüləmi” yığıb gedib orada yaşayaram və işləyərəm”, - deyə Tolik vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media