Xalq artisti, mərhum sənətkar Rəmişin (Rafiq Hüseynov) sağlığında yaşadığı Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi, İnşaatçılar metrosu yaxınlığında yerləşən 3 otaqlı mənzilinin 280 min manata satılması ilə bağlı xəbərlər yayılıb.
Bizim.Media-nın əməkdaşı əvvəlcə Xalq artistinin həyat yoldaşı Gülü ilə əlaqə saxlayıb. Lakin o zəngləri cavabsız qoyub.
Redaksiyamızın əməkdaşı müğənni Niyam Salami ilə əlaqə yaradıb. Sənətçi yayılan bu xəbərin əsassız olduğunu söyləyib:
"Bilirsiniz ki, Gülü xanım mənimlə birgə uzun müddətdir ki, restoranımızda çalışır. Onu xanım aşbazların üzərində nəzarətçi qoymuşam. Gülü xanım yanımda, qanadımın altındadır. O, özünü yanımda çox gözəl hiss edir. Özü də çox çalışqan bir insandır. Səhər tezdən gəlir, axşam saat 6-da gedir evinə. O, evini satmayıb.
Niyə axı o, mənzilini satmalıdır? Gülü özü də bu yalan xəbərlərdən bezib, təngə gəlib. Deyir “səhərdən bu xəbərlə bağlı jurnalistlər zəng vurub, narahat edir”. Amma bu xəbər kökündən yalnışdır. Sizin redaksiyanız vasitəsi ilə Gülü xanımın adından bildirirəm ki, ev satılmayıb, Gülü xanım da orada yaşayır".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
18:47 / 20.11.2023
Niyam Salami: "Gülünün 280 minə Rəmişin evini satması xəbəri YALANDIR" - ÖZƏL
Hazırda oxunan: Niyam Salami: "Gülünün 280 minə Rəmişin evini satması xəbəri YALANDIR" - ÖZƏL
Hazırda oxunan: Niyam Salami: "Gülünün 280 minə Rəmişin evini satması xəbəri YALANDIR" - ÖZƏL
165286
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.