“Bu oyunda başıma gəlməyən qalmadı və çətin yollardan keçdim. Yanımda olan hamıya dərin təşəkkürümü bildirirəm. Artıq getmək vaxtı idi”.
Bizim.Media xəbər verir ki, bu sözləri Epi ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Əkbər Novruzlu qeyd edib.
Epi başına gələn hadisələr fonunda ölkəni tərk etdiyini açıqlayıb:
“İnsanların məni artıq bəyənmədiyini rəylərdə ağızlarına gələni danışdığını gördüm və şəxsi həyatımda çox pis şeylər yaşadım. Layiq olmadığım şeylərə görə insanların məni ittiham etməklərinə tab gətirə bilmədim. Heç kim heç cür beynimi toparlaya bilmədiyimi, atamın ölümünün mənə necə sərt təsir göstərdiyini anlamadı. Ən yaxın dostumuz Zauru ürəyindən bıçaqlayıb öldürdülər və daha bir çox səbəbə görə ruhdan düşdüm. Əmin olun, mən Bakını çox sevirəm, amma qalsaydım, intihar edəcəkdim. Çünki ağlınıza gəlməyəcək dərəcədə içimdəki Epiyə yaraşdırmadığım şeylər yaşadım. Uşaqlıq arzum olan maşınımı dəyər-dəyməzinə satdım.
Hazırda İstanbuldayam, bu axşam da adını demək istəmədiyim bir yerə uçuram. Məni xaricdə görən azərbaycanlılardan harada olduğumu insanlara deməməyini xahiş edirəm. Özüm lazım gəlsə, açıqlama verəcəm, gedə bildiyim qədər uzağa gedə bilmək üçün bir yola çıxıram. Bəlkə tez bir zamanda qayıtdım, bəlkə də heç gəlmədim. Əlvida, uşaqlar, əlvida, Nərimanov, əlvida, ana!”.
Qeyd edək ki, bu ilin iyun ayında Qarayeva Səma Sərdar qızının anası “Səni axtarıram” ictimai-sosial verilişinə pənah gətirərək, övladının tanınmış repçi Epi (Əkbər Novruzlu) tərəfindən qaçırıldığını iddia edib. Bu hadisədən sonra sosial şəbəkələrdə məsələ ilə bağlı müxtəlif iddialar yazılıb. Əksər izləyicilər Epini günahkar çıxararaq onu tənqid ediblər.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:34 / 20.11.2023
Qalmaqallı repçi Azərbaycanı TƏRK ETDİ - FOTO
Hazırda oxunan: Qalmaqallı repçi Azərbaycanı TƏRK ETDİ - FOTO
Hazırda oxunan: Qalmaqallı repçi Azərbaycanı TƏRK ETDİ - FOTO
165165
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.