Müğənni Zahidə Günəş ikinci dəfə ailə qurub.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "7 tamam" axşam şousunda deyib.
Zahidə sevib-seçdiyi yarı ilə şou proqramların birində tanış olduğunu bildirib:
"İnsan illər sonra dəyərini bilən birini tapanda xoşbəxt olur. Bütün xanımlara arzu edirəm ki, həyatında onu başa düşən həyat yoldaşı olsun. Toyumuz təzə olub. Məni şou proqramda gördü, gül göndərdi, tanış olduq. Xasiyyətimiz uyğun gəldi. Hazırda buradadır, aşağıda məni gözləyir".
Rəşad Əliyev, Bizim.Media