İnfarkt keçirən Musa Musayev EFİRƏ ÇIXDI: “Təranə olmasaydı, öləcəkdim” - VİDEO  

Hazırda oxunan: İnfarkt keçirən Musa Musayev EFİRƏ ÇIXDI: “Təranə olmasaydı, öləcəkdim” - VİDEO  

164646

Bir müddət əvvəl qəfil ikinci dəfə infarkt keçirən müğənni Musa Musayev bir illik fasilədən sonra ilk dəfə efirə çıxıb. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Tarixin bir günü” verilişində səhhətindən söz açıb. 

Musa bildirib ki, həyat yoldaşı Təranə onu ikinci dəfə həyata qaytarıb: 

“Həyat yoldaşım Təranə xanım olmasaydı, dünyamı dəyişəcəkdim. İllər əvvəl anju olunmuşdum və daha sonra ürəyimə stend qoyulmuşdu. Göydə Allah, yerdə isə Təranə xanım məni bu vəziyyətdən çıxardı. Vəziyyətim həddən artıq pis idi. Çox ağır idi. Qubadan Bakıya məni huşsuz vəziyyətdə təcili tibbi yardım maşının köməyi ilə gətirdilər.
Diaqnozum infarkt idi. Ürəyimdə üç ədəd stend var. Bu yaxınlarda da yenə ürəyimdə sancılar oldu. Məlum oldu ki, ürəyimin arxasına su yığılıb. Buna görə də kəskin ağrılarım vardı. Həkimlər mənə sistem qoydular və dərmanlar içdim”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin