Əməkdar artist Ruhəngiz Allahverdiyeva özünün düzəltdiyi güzgülərini efirdə satışa çıxarıb.
Bizim.Media xəbər verir ki, sənətçinin əl işi sayılan güzgüsünü almaq üçün həmkarı Mənzurə Musayeva “Elgizlə izlə” ictimai-sosial verilişinin canlı efirinə zəng vurub.
Mənzurə toyla əlaqədar olaraq efirə baxa bilmədiyini söyləyib və proqramın aparıcısı Elgiz Əkbərdən Ruhəngizin satdığı güzgünün formasını, rəngini və eyni zamanda qiymətini soruşub.
Elgiz isə cavabında güzgünün bir ədədinin 300 manata satıldığını bildirib. Bunu eşidən Musayeva “300 manat bir güzgü üçün baha deyil?” kəliməsini dilə gətirib.
Bir neçə saniyədən sonra Mənzurə studiyadakı qonaqların ona müraciətini eşitmədiyini vurğulayaraq “alo-alo” söyləyib və dəstəyi asıb.
Bu anda isə verilişin digər aparıcısı Pərvanə “Mənzurə Ruhəngizin satdığı güzgünün 300 manat olduğunu bilib, dəstəyi asdı” deyərək hadisəni şərh edib.
- A-
- A
- A+
Şoutaym
11:02 / 15.11.2023
Ruhəngizin efirdə satdığı güzgünün 300 manat olduğunu eşidən Mənzurə DƏSTƏYİ ASDI – VİDEO
Hazırda oxunan: Ruhəngizin efirdə satdığı güzgünün 300 manat olduğunu eşidən Mənzurə DƏSTƏYİ ASDI – VİDEO
Hazırda oxunan: Ruhəngizin efirdə satdığı güzgünün 300 manat olduğunu eşidən Mənzurə DƏSTƏYİ ASDI – VİDEO
164454
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.