Müğənni Türkan Vəlizadə açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Xəbərin var?” maqazin verilişində bildirib ki, əldə etdiyi pulu zəhməti hesabına qazanıb, heç zaman əks cinsin nümayəndələrindən təklif olunan pulu qəbul etməyib.
“Arzum və istəyim odur ki, Allah mənə o qədər ruzu – bərəkət versin ki, dostlarıma və ətrafımda olan insanlara evlər, avtomobillər alım. O da mənim öz zəhmətimlə olsun. Hansısa bir kişi mənə gəlib deməsin ki, al bu pulları, verirəm sənə, get nə istəyirsən et. Heç vaxt! Bu günə kimi o pulları qəbul etməmişəm. Heç icazə də verməmişəm. Öz zəhmətimlə qazanıb, zirvələrdə olmaq istəyirəm”.
Rəşad Əliyev, Bizim.Media