“Mən heç bir xəstəxanaya yerləşdirilməmişəm”.
Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Əməkdar artisti Kübra Əliyeva söyləyib.
73 yaşlı aktrisa səhhətinin yaxşı olduğunu vuğulayıb.
“Ayaqlarımda zaman-zaman ağrılar olur. Onları mütəmadi reabilitasiya mərkəzlərinin birində müalicə edirəm. Özümü şükürlər olsun ki, yaxşı hiss edirəm. Bu saat sizinlə danışa-danışa hazırlaşıb yollanıram verilişə”.
Rəşad Əliyev, Bizim.Media