Əməkdar artist Elnarə Abdullayeva növbəti açıqlaması ilə gündəmə səs salıb.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Həmin Zaur" axşam şousunda həmkarlarının məclislərdə xoş olmayan davranışlarından danışaraq onları tənqid edib.
"Gedirsən, oturursan bir məclisdə. Baxırsan ki, bu müğənnilər nələr edir... Ağlıma gəlməyən, beynimin ucundan keçməyən şeyləri görürdüm. Dedim bunlar nə edirlər. Bu müğənnilərin yiyəsi yoxdur? Onlar arasında içən kim, ağzının danışığını bilməyən kim... Bunları görəndən sonra dedim yox Elnarə, sən bütün millətə, xalqa, hər kəsə sübut edəcəksən ki, bu sənət yaxşıdır. Sübut eləməyə çalışdım ki, heç kimə baş qoşmaq lazım deyil. Allah haqqı bacardım", - deyə Elnarə vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media