Mələkxanım əsəbiləşdi: “Biz sənətkarlar aparıcılara görə efirə çıxmaq istəmirik” - VİDEO 

Hazırda oxunan: Mələkxanım əsəbiləşdi: “Biz sənətkarlar aparıcılara görə efirə çıxmaq istəmirik” - VİDEO 

163732

“Aparıcıların üzərinə böyük məsuliyyət düşür. Aparıcıya efir tapşırılıbsa, ora kimlər gəlir? Hər bir kanal istəyir ki, efirinə gözəl sənətkarlar gəlsin. Onlar da çox deyil axı. Sonra da boşluğu doldurmaqdan ötrü kimi çağırırsan? Bundan sonra sənətkarların həmin verilişə ayağı dəymir.

Çünki deyir ki, mən gəldiyim yer elə olmalıdır ki...  

Üzdən iraq, oxuya bilməyən, ağzının danışığını bilməyənlər gəlir, sən onlara da dəyərli deyirsən, mənə də, onda nə fərqi qaldı? O zaman biz sənətkarların ayağı da həmin kanaldan, verilişdən çəkilir. Burada aparıcıların da təqsiri var. Çünki sən aparıcısan, illərdir gəlmisən və birdən reytinq xatirinə bunu edirsən. Bunu bu gün danışmasaq, sabah artıq uçuruma gedirik”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubova qona qolduğu “Gün işığında” səhər şousunda deyib.  

Xanəndə özü kimi sənətkarların efirlərə çıxmamasının günahını aparıcılarda və verilişə onlarla bir yerdə dəvət olunan bayağı ifaçılarda görüb:   

“Biz artıq bu uçurumdayıq. Çünki biz sənətkarlar və sənət dostlarım gileyliyik. Ona görə də heç kəs efirə çıxmaq istəmir. Bu, artıq dəhşətdir. Sənətkarlarımız efirə çıxmaq istəmir. Bu nə deməkdir? Bu o deməkdir ki, kanallara, efirlərə kim ayaq açacaq? Artıq başqa söz demək istəmirəm. Olsun yeni gələn, heç tanınmayan. Biz də tələbələrimizi gətirib tanıdırıq. Amma mahnının sözləri var ki, adam evində, küçədə utanar onları deməyə, nəinki efirdən eşidəsən.  

Mən özüm də xalqın içindəyəm. Xalq artıq efirlərə baxmır. Bu dəhşətdir Nə sənətkarlar efirə gəlir, nə xalq baxır. Soruşursan ki, dünən efirə baxmısan? Cavab verir ki, biz efirə baxmırıq.

Çünki evdə onun həyat yoldaşı, anası, balası var, necə açıb ora baxsın?! Düzdür, zatən telefon əlimizdədir, dünya ovcumuzun içindədir. O özü bilər, amma bu mənim ailəmdir, onları buraxmıram içəri, bağlayıram televizoru.  

Niyə efirdən gözəl tar səsi gəlməməli, aktyorlar gözəl şeirlər səsləndirməməlidir? İnternetdə baxıram, insanlar sevir, gözəl sözlər yazırlar. İnsanlar buna acdır. Çağırın, elə efirdən səsləndirsinlər. Allah sənətkarlarımıza rəhmət etsin. Onlar bir daha bu dünyaya gəlməyəcəklər. Onlar kimi, sənətkarlar yetişmirlər.  
Niyə yetişmirlər? Çünki deyirlər ki, vəziyyət belədir. İstəmirəm desinlər ki, “belədir də”... İstəyirəm ki, əl-ələ verək. Əslində biz zəbt etməliyik efirləri, ən çox biz danışmalıyıq, sənətkarlarımız gəlib ifa etməlidirlər. Gənclərimiz də görməlidir ki, bu sənətdə kimlər var”.  
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin