Xəbər verdiyimiz kimi, Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayevin oğlu Cümşüd efirə çıxaraq bacısı Aygün Abdullayevanın atasından qalan mülkləri ələ keçirdiyi açıqlayıb.
Bizim.Media xəbər verir ki, Cümşüd yenidən “Bizimləsən” ictimai-sosial verilişə gələrək bildirib ki, o, 2019-cu ildə həbsdə olarkən bacısı onu aldadaraq əsas etibarnaməyə imza atdırıb.
“Bir telefon nömrəm var. Həbsə düşəndə bu nömrəmə pul keçirtmədiklərinə görə, nömrə bağlandı. Bacıma dedim ki, bir nömrəm var və hamı o nömrəmi bilir. O söylədi ki, etibarnamə ver ki, bu nömrəni yenidən sənə geri qaytaraq. Mənə isə əsas etibarnamə təqdim etdilər. Hansı ki, imza atdıqdan sonra bütün varidat başqa birinin adına keçir.
Yəni bir nömrəni addan ada keçirib açmaq üçün verdiyim əsas etibarnamə ilə bütün varidatın həll olunmasına özüm qol çəkdim. Bu əsas etibarnaməni mən cəzaçəkmə müəssisəsində 2019-cu ildə verdim. Mənə dedi ki, bu etibarnaməni telefon nömrənə görə alırıq. Mən də bilmədim, heç oxumadım o etibarnamədə nə yazılıb.
Bir-bir imza atdım o sənədlərə. Bütün varidat – evlər, torpaqlar, mülklər... Bilmirəm həmin əsas etibarnamə neçə illik idi. Deyəsən bir illik idi. Bacımın adına verdim o əsas etibarnaməni ki, getsin telefon nömrəmi açsın”, - deyə Cümşüd vurğulayıb.
Qeyd edək ki, Cümşüd daha əvvəlki açıqlamasında bildirib ki, atasından qalan mülkləri bacısı Aygün Abdullayeva ələ keçirib. Bundan sonra o, küçələrdə qalır.
- A-
- A
- A+
Şoutaym
17:20 / 07.11.2023
Dədə Süleymanın küçədə qalan oğlu: "Bacım məni aldadaraq..." - VİDEO
Hazırda oxunan: Dədə Süleymanın küçədə qalan oğlu: "Bacım məni aldadaraq..." - VİDEO
Hazırda oxunan: Dədə Süleymanın küçədə qalan oğlu: "Bacım məni aldadaraq..." - VİDEO
163355
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.