“Həyatımda abort etdirməmişəm. Mən övladı tələf etməyə qarşıyam. O analar ki, abort etdirir, onları mən “qatil analar” adlandırıram. Onlar övladlarının “qatilidirlər”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu “Günə son” ictimai-sosial verilişində deyib.
Selektiv abortlara qarşı olduğunu dilə gətirən sənətçi, ültrasəs müayinəsi zamanı qayınanası tərəfindən bir qadının qız övladını tələf etməsindən söz açıb:
“Dəfələrlə ültrasəs müayinəsində analar ilə rastlaşmışam. Qayınanası deyib ki, əgər bətnində ki, qızdırsa evə gəlmə. Bundan şok yaşayırdım ki, necə ola bilər ki, bu ixtiyar sənin özündə deyil. Burada tək günah anada yox, eyni zamanda ondan evdə tələb edən digər insanlardadır. Özü də bətnində ki, övlad 3 aylıqdır. Amma heç bu da fərq etmir istəyir bir həftə olsun, istəyir 3 ay, axı bu uşağı sənə Allah bəxş edib. Bu Allahın sənə bir payı, lütfüdür. Ailələr var ki, uşaqlarının olması üçün milyonlarla pul xərcləyirlər. Həmin qız deyir ki, artıq bir qızım var və qayınanam deyir ki, əgər bətnində yenə qızdırsa onu tələf et, sonra evə gəl. Bu dəhşətdir! Axı sən qayınana, özün qadın və anasan... Sən axı bunu necə gəlinindən tələb edə bilərsən? Kişilərimiz də deyir ki, mən qız yox oğlan övladı istəyirəm. Bu körpəni sizə verən Allahdır. Tibbdə bunu deyir ki, övladın qız və ya oğlan olması kişidən asılıdır. Bax elə ona görə mənim 4 övladım var”.
4 uşaq anası X.Şuşalı övladlarını sərbəst böyütdüyünü söyləyib:
“Övladlarım çox sərbəst olduqlarına görə, hər daiyəyə tabe olan uşaqlar deyillər. Onları “lider” kimi böyüdürəm. Onlar bir mənə və bir də həyat yoldaşıma, atalarına tabe olurlar. Evə başqa qanunlar qoyulmur. Mən də çalışıram ki, başqa qanunlar olmasın. Onlara deyirdim ki, dağa, ağaca çıx və oradan da özün düş aşağı.
Onlara deyirdim ki, yıxılmağınızı görsəm sizi tutacağam, qorxmayın. Bunu həm qızıma, həm də oğluma deyirdim. Onlara ona görə sərbəstlik verirəm ki, mən olmayanda onlar sərbəst böyüsünlər”.
Qeyd edək ki, Xuraman Şuşalı rejissor Elçin Məmmədovla ailəlidir. Cütlüyün 4 övladı var.
- A-
- A
- A+
Şoutaym
09:13 / 07.11.2023
Xuraman: “Qayınanalar gəlinlərinə deyirlər ki, bətnində qızdırsa, onu tələf etmədən evə gəlmə” - VİDEO
Hazırda oxunan: Xuraman: “Qayınanalar gəlinlərinə deyirlər ki, bətnində qızdırsa, onu tələf etmədən evə gəlmə” - VİDEO
Hazırda oxunan: Xuraman: “Qayınanalar gəlinlərinə deyirlər ki, bətnində qızdırsa, onu tələf etmədən evə gəlmə” - VİDEO
163239
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.