Müğənni Nura Suri bir neçə gün əvvəl qonaq olduğu “Günə son” ictimai-sosial verilişində, əsəbiləşərək efirdən getməsinin səbəbini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Gül kimi şou” verilişində danışıb.
“Anlamadım ki, sən demə studiya iki yerə bölünüb. Yarı qonaqlar bir, digər yarı qonaqlar isə başqa tərəfdə studiyada oturmuşdular. Çəkilişin heyətinə sual verdim ki, bu nə verilişdi? Cavab verdilər ki, bizdə studiyanın quruluşu belədir.
Söylədim ki, qalmaq istəmirəm gedirəm. Reklam fasiləsində getmək istəyirdim lakin çox xahiş etdilər ki, təhsil ilə bağlı qoyulan mövzu haqda fikirlərimi səsləndirib sonra verilişi tərk edim. Məndə xahişi nəzərə alaraq, fikrimi bildirib, efirdən getdim”, - deyə Nura vurğulayıb.
N.Suri sözügedən proqramın aparıcısı Ülvira Qarayevanın efirdə ona “sən” deyə müraciət etməsini də sərt şəkildə tənqid edib:
“Mənə təsir edən digər məsələ isə proqramın aparıcısı Ülvira Qarayevanın mənimlə olan münasibəti idi. Ülvira ilə rəfiqəliyim yoxdur, amma efirdə mənə “sən” deyə müraciət edirdi. Verilişdə olan digər qonaqlara “siz” deyə müraciət edir, mənə isə “sən”lə. Nura “sən” deyirdi. O verilişdən tez gedəsi idim, sadəcə məndən xahiş etdilər deyə oturdum”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:47 / 04.11.2023
Nura Suri efiri yarımçıq tərk etməsinin səbəbini AÇIQLADI
Hazırda oxunan: Nura Suri efiri yarımçıq tərk etməsinin səbəbini AÇIQLADI
Hazırda oxunan: Nura Suri efiri yarımçıq tərk etməsinin səbəbini AÇIQLADI
162887
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.