Xalq artisti Aygün Kazımovanın günlərdir anons etdiyi Almaniyanın Bergkamen şəhərindəki konserti baş tutub.
Bizim.Media xəbər verir ki, tədbir Zəfər gününə həsr edilib.
Avropada yaşayan həmyerlilərimiz ölkənin əsas ulduzunu görüb, eşitmək üçün Bergkamen şəhərinə gəliblər.
Afaq Gəncəlinin aparıcısı olduğu konsertdə izdiham yaşanıb. Aygünü seyr etməyə gələn tamaşaçılar səhnənin qarşısına toplaşaraq mahnıları müğənni ilə birlikdə oxuyublar.
Musiqi gecəsində yaşanan görüntüləri sizə təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media