Vüsal Əliyev: "Toyda "Ana" mahnısını oxuyan an anam dünyasını dəyişdi" - VİDEO

Hazırda oxunan: Vüsal Əliyev: "Toyda "Ana" mahnısını oxuyan an anam dünyasını dəyişdi" - VİDEO

162809

Müğənni Vüsal Əliyev dünyasını dəyişən anası Rəfiqə xanımla bağlı kövrək xatirələrini bölüşüb. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Xəzər axşamı" verilişində bildirib ki, anası onun ilk albomunun çıxacağını gözləsə də, lakin ömür buna fəda etməyib.

"Bacım 18 yaşında dünyasını dəyişib. Bundan sonra anam Rəfiqə xanımın ürək-damar genişlənməsi oldu. Ona sevinmək və kədərlənmək olmazdı. O zamanlar Bakıda ilk albomumu yazdırmışdım. Anam da kasetimin bu gün və ya sabah çıxması sevincini yaşayırdı. Toyların birində dünyasını dəyişən Xalq artisti Baloğlan Əşrəfovun ana mahnısını oxudum. O an anam rəqs edərkən qəfil dünyasını dəyişdi. Bir anda bu hadisə baş verdi", - deyə Vüsal vurğulayıb.

Vüsal mərhum valideyninin ən böyük arzusunun onu səhnədə və efirdə görmək istəməsi olub:

"Üçüncü sinifdə oxuyurdum, o zaman məktəbimizin direktoru mənə söylədi ki, “evə get, atana de ki, sabah Şərrur rayonunda mahnı müsabiqəsi var. Səni o yarışmaya aparsın”. Bu xəbəri vermək üçün evə getdim. Gördüm ki, anam çörək bişirmək üçün xəmir yuğururdu.

Atama bu xəbəri çatdıranda o, əllərini açıb dedi ki, “inşallah bizim də pəncərəyə gün doğar”. Anamın mənimlə bağlı arzusu vardı. Amma anam mənim yazdırdığım ilk albomumu çox təəssüflər olsun ki, görmədi. Albom çıxmazdan  bir neçə gün əvvəl dünyasını dəyişdi".  
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin