Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımova konsert vermək üçün Almaniyaya yollanıb.
Bizim.Media xəbər verir ki, sənətçi komandası ilə birgə musiqili gecədən əvvəl Düsseldorfa gedib.
Şaxtalı havada əynini qalın edən Kazımova şəhər gəzintisinə çıxıb. Estrada ulduzu gəzinti zamanı çəkdirdiyi fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Aygün paylaşımına alman dilində “Guten tag” (Salamlar –red.) qısa şərhini yazıb.
Qeyd edək ki, bu gün axşam saatlarında Aygün Kazımova Bergkamendə konsert proqramı ilə çıxış edəcək. Xalq artisti yeni və hit mahnılarını xaricdə yaşayan həmyerlilərimiz üçün səsləndirəcək.
Rəşad Əliyev, Bizim.Media