Gülbahar Şükürlünün həkimi DANIŞDI: “Onkoloji xəstəliyi kəskinləşib”

Hazırda oxunan: Gülbahar Şükürlünün həkimi DANIŞDI: “Onkoloji xəstəliyi kəskinləşib”

162561

Xəbər verdiyimiz kimi, onkoloji xəstəlikdən əziyyət çəkən Əməkdar artist Gülbahar Şükürlünün səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. 

Bizim.Media xəbər verir ki, sənətçinin sağlamlıq vəziyyəti ilə bağlı qarmon ustadının həkimi Zaur Ramixanov “Elgizlə izlə” ictimai-sosial proqramına açıqlama verib. 

Həkim bildirib ki, səhhəti ağır olan G.Şükürlü hazırda müalicə aldığı özəl klinikanın Reanimasiya şöbəsində həkim personalının ciddi nəzarətindədir: 

“Gülbahar xanım uzun zamandır onkoloji xəstədir. Onun həm bəd xassəli, həm də xoş xassəli törəməsi var. Bir neçə ildir ki, Gülbahar xanım kimyaterapiya alır. Həyatla mücadilə aparır. Sırağa gün pisləşdüyü üçün məcbur olub xəstəxanaya reanimasiyada koma vəziyyətində olub. Onun vəziyyəti kifayət qədər ağır idi.

MRT və laborator müayinədən sonra onkoloji xəstəliyi kəskinləşib. Səhhətinin pisləşməsi isə bununla əlaqədər olub. Reanimasiyon tədbirlərdən sonra xəstəni o vəziyyətdən çıxara bildik. Gülbahar xanımın huşu aydındır. Tənəffüsü var. Danışır, əli- qolu işləyir hər şeyi başa düşür adekvat vəziyyətdədir. Hər şeyə reaksiya verir. Bir neçə gündən sonra evə buraxılacaq. 10 gündən sonra verilişə dəvət edək”. 

Qeyd edək ki, ötən həftə Gülbahar Şükürlü Bizim.Media-ya açıqlamasında bildirmişdi ki, Maqnit rezonans tomoqrafiya (MRT) müayinəsi zamanı onun başında xoşxassəli şiş aşkarlanıb.

Qarmon ustadı şişin ölçülərinin kiçik olduğundan əməliyyata ehtiyac olmadığını vurğulayıb. O, müalicələr aldığını söyləyib.


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin