Azərbaycanda ilk teatr festivalı keçirilir - FOTO 

Hazırda oxunan: Azərbaycanda ilk teatr festivalı keçirilir - FOTO 

162477

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə I Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılışı baş tutub. 

Bizim.Media xəbər verir ki, festival ilə əlaqədar Akademik Milli Dram Teatrında mətbuat konfransı keçirilib. Festivalda 6 ölkə iştirak edir.  

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Rayiv çıxış edərək festivalla bağlı məlumat verib:  

“Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir. Məqsədimoz türk dünyasının sənətçilərimi bir araya gətirməkdir. Rəngarəng festival olacaq. Digər türk ölkələrində keçirməyi düşünürük. İlk dəfə Bakıda etdik. 6 ölkədən məşhur sənətçilər bura toplaşıb. Festival çərçivəsində maraqlı tamaşalar olacaq. Bu gün ilk tamaşa nümayiş ediləcək. İlk festivalın Bakıda keçirilməsinə səbəb buranın böyük, incəsənət şəhəri, meqapolis olmasıdır.

Ən yaxşı tamaşaları göstərməyə çalışacağıq. Bunu brendə çevirməyi düşünürük. Çünki çox böyük festivaldı. Festivalda sənət adamlarından ibarət münsif heyəti var. İnanıram ki, tamaşalara layiqli qiymət veriləcək. Bu türk teatrınön inkişafına təkan verəcək”.  
Sənətşünas, rejissor, professor İsrafil İsrafilov isə bu sahədə görülən işlərdən söz açıb:

“Böyük işlər görülüb. Türk dünyası zəngin mədəniyyətə malikdir. Festival bir ilk olaraq fəaliyyətə başlayır. İnanıram ilk gündən sona qədər maraqlı tamaşalar görəcəyik. Tanınmış teatr tənqidçilər beynəlxalq münsif heyətinin tərkibindədir. İnanıram ki, nəticə teatrın xeyrinə olacaq”.

Festivalın açılışı Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin "Qarabağnamə" əsəri ilə baş tutacaq. Festivalın gələn il Türkmənistanda keçirilməsi planlaşdırılır.  












Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin