Rəşidə Rəşid həyat yoldaşı ilə çəkilmiş arxivini PAYLAŞDI: “Unudulmaz günlər” - FOTO

Hazırda oxunan: Rəşidə Rəşid həyat yoldaşı ilə çəkilmiş arxivini PAYLAŞDI: “Unudulmaz günlər” - FOTO

162418

Efirlərdən uzaqlaşan opera və vokal müğənnisi, Əməkdar artist Rəşidə Rəşid həyat yoldaşı Kamil Şahverdiyevlə bağlı etdiyi arxiv paylaşımına görə sükutu pozub.  

Bizim.Media xəbər verir ki, sənətçi qış aylarında əlində bir dəstə çiçəklə əri ilə illər əvvəl çəkilən fotosunu sosial şəbəkə hesabında paylaşaraq yaşadığı xatirələrini dilə gətirib. 

Rəşidə paylaşımına “Dünya klassik səhnəsinin böyük ustadları ilə musiqi, yaradıcılıq və ünsiyyətlə dolu gözəl inanılmaz günlər oldu. Səfərlər, görüşlər, çəkilişlər, konsertlər, xarici jurnalistlərlə görüşlər, hökumət tədbirləri, qəbullar. Çox sevindim, Unudulmaz günlər” sözlərini yazıb.  
Qeyd edək ki, Rəşidə Rəşid mərhum Xalq artisti Rəşid Behbudovun qızıdır.  


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin