Ülviraya əsəbiləşən Nura canlı efiri TƏRK ETDİ - VİDEO

Hazırda oxunan: Ülviraya əsəbiləşən Nura canlı efiri TƏRK ETDİ - VİDEO

162367

“ARB” televiziyasında yayımlanan “Günə son” ictimai-sosial verilişinin canlı efirində gərgin dolu anlar yaşanıb. 

Bizim.Media xəbər verir ki, sözügedən verilişdə qonaq olan müğənni Nura Suri aparıcı Ülvira Qarayevaya əsəbiləşdiyi üçün studiyanı tərk edib.  

Nuranın bu addımı atmağa vadar edən səbəb isə dəvət olunan qonaqlara danışmağa macal verməməsi olub: 

“Bilsəydim ki, burada 8 nəfər adam olacaq və ağız deyəni qulaq eşitməyəcək, heç kim öz fikrini deməyəcək, eyni hamının bildiyi mövzü ətrafında söhbət olacaq, bu verilişə gəlməzdim. İmkan vermirsiniz ki, insanlar danışsın!” 

Müğənnin bu sözlərindən sonra isə aparıcı Ülvira Qarayeva “İmkan verə bilərik ki, mahnı oxuyasan” ifadəsini dilə gətirib. Nura isə “Yox, oxumaq istəmirəm. Getmək istəyirəm. Mən özümü doğurdan da narahat hiss edirəm. Danışdığımız söhbətin heç bir mənası yoxdur” cavabını verib. 

Bundan sonra isə Nura ayağa qalxaraq yaxasında olan mikrofonu çıxardıb və efiri tərk edib. 

Verilişin canlı efirində yayımlanan həmin anları sizə təqdim edirik: 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin