“Hələ də müalicə olunuram. Ağrılarım olur. Ağrılarımı azaltmaq üçün ağrıkəsici dərmanlar içirəm. Sizinlə danışa-danışa həkimə gedirəm”.
Bu sözləri Xalq artisti Naibə Allahverdiyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
Sənətçi uzun müddətdir ayağının topuq hissəsində yaranan problemlərdən əziyyət çəkdiyini və aldığı müalicələrin hələ də effekt vermədiyini bildirib:
“Sağalmağım uzun çəkəcək. Tez sağalan bir şey deyil. Ölkədə həkim qalmayıb ki, ona müalicəmlə bağlı müraciət etməyim. Bu saat fizioterapiyaya gedirəm. Ümid edirəm ki, bunun bir xeyiri olacaq. Daha əvvəl isə problemimlə bağlı Türkiyəyə getmişdim. Orada həkimlər mənə söylədilər ki, əməliyyat olunmalısan. Bu əməliyyata razılıq versəm, o zaman əlil olacağam.
Çünki, topuq nahiyyəm dondurulacaq. Nəticədə isə mən artıq gəzə bilməyəcəyəm. Buna görə də mən əməliyyata razılıq vermədim. Hələ ki müalicələr edirəm. Bakıda da həkimlər mənə müxtəlif dərmanlar qəbul etməyimi məsləhət gördülər. Həmin müalicələri edirəm, görək İnşallah nə olur”.
Xalq artisti bildirib ki, “iynəterapiya” etdikdən sonra ayağındakı ağrılar daha da şiddətlənib.
“Daha əvvəl Bakıda çinlilərə “iynəterapiya” etdim. Söylədilər ki, bundan sonra ağrılarınız azalacaq. Amma azalmadı. Yalandan boş-boş mənə vədlər verdilər. Əksinə “iynəterapiya”dan sonra lap pis günə düşdüm, ağrılarım şiddətləndi. O qədər pulumu aldılar əlimdən, ayağımı da pis günə qoydular. Amma indi bir uzman həkimin yanına fizioterapiyaya gedirəm. O mənə söz verib ki, əməliyyatsız məni sağaldacaq. Ümidim göydə Allaha, yerdə isə həmin bu həkimədir”.
Aktrisa, həmçinin vurğulayıb ki, ayağındakı ağrıları azaltmaq üçün 20 kiloqram arıqlamalıdır:
“Gəzirəm, çalışdığım Gənc Tamaşaçılar teatrına məşqlərə gedirəm. Tamaşalarımı oynayıram. Biraz gəzirəm, ayağımda ağrılar yenidən başlayır. İki il əvvəl İctimai televiziyanın çəkilişlərinin birində dağın başında ayağımdan çox ciddi zədə aldım. Topuğum zədələndi. Bundan sonra problemlərim başladı. Elə zamanında düzgün müalicə almadığıma görə indidə bunun əziyyətini çəkirəm.
Yəni ortalığa bu cür fəsadlar çıxıb. Həkimlərin əksəriyyəti məni müayinə etdikdən sonra deyilər ki, zamanında düzgün müdaxilə olsaydı, belə fəsadlara yol açmazdı. Ayağımda şişkinlik yoxdur.
Ayağımda və topuq hissəmdə yeyilmə, keyimə, yerdəyişmə var. Həkimlər mənə çox gəzməməyi və hərəkət etməməyi söyləyirlər. Deyirlər ki, sən 200 metrdən artıq gəzməli deyilsən, eyni zamanda arıqlamağı məsləhət görürlər. Mən isə 10 kiloqram çəki atmışam hələ bir 10 kiloqramda atmalıyam. Hazırda çəkim 68 kiloqramdır, amma mən yenə də arıqlamalıyam ki, topuğuma düşən yük azalsın”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:49 / 30.10.2023
Naibə Allahverdiyeva: "O qədər pulumu aldılar, ayağımı da pis günə qoydular" – ÖZƏL
Hazırda oxunan: Naibə Allahverdiyeva: "O qədər pulumu aldılar, ayağımı da pis günə qoydular" – ÖZƏL
Hazırda oxunan: Naibə Allahverdiyeva: "O qədər pulumu aldılar, ayağımı da pis günə qoydular" – ÖZƏL
162120
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.