Musiqi Forumunda Nura Surinin təklifi iradla qarşılandı

Hazırda oxunan: Musiqi Forumunda Nura Surinin təklifi iradla qarşılandı

162021

"Musiqimizi təbliğ ediriksə, onu müasirləşdirmək üçün "Qızıl Fond" digital platformalara köçürməliyik. Və təbliğatını sosial şəbəkələr və digital platformalar vasitəsilə etməliyik". 

Bizim.Media xəbər verir ki, bu sözləri Ümummili lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Bakıda ilk dəfə keçirilən Musiqi Forumunda iştirak edən müğənni Nura Suri deyib.

Sənətçi bildirib ki, "Qızıl fond"da olan əsərləri rəqəmsal musiqi platformalarına köçürmək lazımdır:

"Biz Azərbaycan musiqisini, onun tarixini bilmək və gənclərimizin də musiqilərimizi tanımasını istəyiriksə, gənclər musiqiləri digital platformalardan izləyirlər, bunlar "YouTube", "Spotify" və s. musiqi axını platformalarında olmalıdır". 

Moderator, bəstəkar Türkər Qasımzadə isə Nura Surinin dilə gətirdiyi təklifə etiraz edib. O bildirib ki, bu təklif başqa tədbirin mövzusudur.

Müğənni isə bəstəkara "Burada olduğuma görə bu təklifi irəli sürmək istədim. Digər tərəfdən musiqilərin sözləri vikipediya üzərində işlədilmir",- deyə cavab verib. 

T. Qasımzadə "Musiqi" sözü cəm şəkilçisi qəbul etmir. "Musiqilər" sözü səhvdir" söyləyərək N.Suriyə irad bildirib. 

Nura Suri isə Türkər Qasımzadəyə cavab olaraq "Bir az əvvəl bir neçə insan çıxış edəndə "sizlər" deyə müraciət etdi. Halbuki "siz" cəm şəklindədir. Danışanda səhv edə bilərik. Bir məqamı da vurğulamaq istəyirəm ki, Azərbaycan musiqisinin təbliğatında Azərbaycan Televizisiyanın (AzTV) rolu böyükdür. Orada çalışan aparıcılar da Azərbaycan dilində mükəmməl danışmalı və o qədər savadlı olmalıdırlar ki, oraya dəvət alan mədəniyyət işçiləri və yaxud da Zeynəb Xanlarova kimi müğənni ilə söhbət edə bilsinlər. Bunun üçün də AzTV-də çalışan aparıcılara da diqqət etmək lazımdır" sözlərini dilə gətirib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin