Aparıcı Murad Əzimzadənin yeni iş yeri bəlli olub.
Bizim.Media xəbər verir ki, televiziya ulduzu bundan sonra fəaliyyətini “Space” televiziyasında davam etdirəcək.
Bununla bağlı Murad sosial şəbəkə hesabında məlumat yayıb. Əzimzadə sözügedən kanalda “Səhərin statusu” xəbər formatlı proqramla tamaşaçıların qarşısına çıxacaq.
Televiziya ulduzu aparacaq yeni layihənin anonsunu yayımlayaraq bu sözləri yazıb:
“Keçmiş “ANS” televiziyasından sonra, 7 ildən çox layihə rəhbəri və aparıcı olaraq çalışdığım “ATV” telekanalı ilə yollarımız ayrıldı.
“ATV”də çalışdığım dönəmdə mənə doğma və əziz olan kollektivin hər bir şəxsinə təşəkkür edirəm. Nə yaxşı ki, yollarımız kəsişib. Yeni yolum isə “Space” televiziyasında “Səhərin statusu” layihəsindən keçəcək. Dəvət edən dostlarıma təşəkkür edirəm”.
Qeyd edək ki, Murad Əzimzadə bundan əvvəl ATV kanalında “Bağ mövsümü”, eyni zamanda “ATV səhər” verilişlərinin aparıcısı olub. O, yeni mövsümdən etibarən sözügedən kanalla yollarını ayırıb.
- A-
- A
- A+
Şoutaym
16:53 / 26.10.2023
"ATV"dən gedən Murad Əzimzadə bu kanalda çalışacaq – VİDEO
Hazırda oxunan: "ATV"dən gedən Murad Əzimzadə bu kanalda çalışacaq – VİDEO
Hazırda oxunan: "ATV"dən gedən Murad Əzimzadə bu kanalda çalışacaq – VİDEO
161649
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.