Aparıcı və prodüser Tarix Əliyevin (Tolik) başına iş gəlib.
Bizim.Media xəbər verir ki, Tolik aparıcısı olduğu “Tarixin bir günü” verilişində Xırdalanda yerləşən bina evində 6 aydır yaşamadığı halda elektrik enerjisi üzrə 45 manat 13 qəpik borcun olduğunu bildirib.
“6 il Xırdalanda yaşamışam. İndiyə kimi də orada evim var. Amma 6 ildən çoxdur ki, o mənzildə yaşamıram. Boş evdir. O gün evimə baş çəkmişəm və “Azərişıq” ASC tərəfindən mənə 45 manat 13 qəpik borc yazılıb. Yaşamadığım evdə, yəni suyundan, işığından istifadə etmədiyim evdə, maksimum 2 aydan bir qadınlar oranı yığışdırırarlar. Bir manatlıq işıq yaza bilər. Üç gün unutmuşam kondisioner yanıq vəziyyətdə qalıb, 5 manat pul yazıb.
Siz necə yaşamadığım evə 45 manat 13 qəpik işıq pulu yaza bilərsiniz?
İndi efirdən elan etsəm ki, “Azərişıq” ASC-nin sizə borc olaraq çox pul yazdığından şübhələnirsinizsə, telefon zənglərdən dağılacaq. İstəyirsiniz, verilişimdə belə bir mövzu qoyum. Belə də olmaz, hər şeyin qayda-qanunu var. Qurumlar işləyir.
Amma mən yaşamadığım evə niyə 45 manat 13 qəpik pul ödəməliyəm? Hansı əsasla?
Düzdür, mən bu borcu, pulu ödədim. İşığın kəsiləcəyi ilə bağlı mənə xəbərdarlıq da göndərmisiniz. Mənə indi söyləyiblər ki, qonşular görəndə ki, boş evdə heç kəs yaşamır, bu zaman enerji xəttini həmin evə qoşurlar. Belə bir hallar mövcuddur. Bu məsələlər araşdırılmalıdır”, - deyə T.Aliyev vurğulayıb.
- A-
- A
- A+
Şoutaym
16:07 / 26.10.2023
Tolik: “6 ay yaşamadığım evə 45 manat 13 qəpik işıq borcu yazılıb” – VİDEO
Hazırda oxunan: Tolik: “6 ay yaşamadığım evə 45 manat 13 qəpik işıq borcu yazılıb” – VİDEO
Hazırda oxunan: Tolik: “6 ay yaşamadığım evə 45 manat 13 qəpik işıq borcu yazılıb” – VİDEO
161637
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.