Müğənni Almaxanım Əhmədli ABŞ-a yollanıb.
Bizim.Media xəbər verir ki, okeanın o tayına gedən sənətçinin səfəri San-Fransiskodakı konsertlə əlaqədar olub.
Musiqili gecədən sonra Almaxanım turistlərin ən çox axın etdiyi Nyu-York şəhərinə gəlib. Müğənni orada izdihamlı yerlərdən biri sayılan “Times Square”də (Saat Meydanı) gəzib dolaşıb. Orada çəkdirdiyi fotoları isə ifaçı sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media