Türk kinosunun əfsanəvi sənətkarları Türkan Şoray və Filiz Akın uzun müddət sonra bir araya gəliblər.
Bizim.Media xəbər verir ki, Filiz Akın həmkarı ilə görüşləri zamanı çəkilən görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
O, sözügedən paylaşıma “İki cümhuriyyət qadını görüşdük” şərhini yazıb.
Qeyd edək ki, hər iki sənətkar “Yeşılcam”ın məşhur ulduzlarıdır.
Rəşad Əliyev, Bizim.Media