Xalq artisti Röya Ayxan oğlu Hüseynlə bağlı diqqətçəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi övladını doğum günü münasibəti ilə birgə çəkilmiş fotosunu yayımlayaraq, onu təbrik edib.
Röya sözügedən paylaşımına “Mənim ən gözəl əsərim. Sənə təhsilində, gözəl həyatında yalnız şans, uğur diləyirəm. Sən bütün övladlar kimi ən gözəl şeylərə layiqsən! Birlikdə sağlam bir ömür yaşayaq” sözlərini yazıb.
Daha sonra Hüseynlə dəbdəbəli restoranların birinə gedən Xalq artisti İtaliya mətbəxinin əvəzolunmaz təamı sayılan “spagetti” yeyib və oğlunun ad gününü baş-başa qeyd edib.
Həmin görüntüləri isə Röya sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media