Türkiyənin məşhur müğənnisi HƏBS OLUNDU 

Hazırda oxunan: Türkiyənin məşhur müğənnisi HƏBS OLUNDU 

161467

Türkiyənin məşhur müğənnisi Atilla Taş həbs olunub. 

Bizim.Media xəbər verir ki, sənətçi dövlət məmurunu  və dövlətin hərbi və ya polis qüvvələrini açıq şəkildə təhqir etmək  ittihamları ilə 2 il 2 ay 25 gün həbs cazası alıb.  

İstanbul 25-ci Ağır Cəza Məhkəməsində keçirilən son iclasda saxlanılan müttəhim Atilla Taşın iştirak etmədiyi müşahidə edilib. Taşı vəkili təmsil edib. Məhkəmə Atilla Taşı "vəzifəsinə görə dövlət məmurunu təhqir etmək" maddəsi ilə 1 il 9 ay 25 gün, "hərbi və polis qüvvələrini təhqir etmək" maddəsi ilə isə 5 ay həbs cəzası verib. 
Qeyd edək ki, Atilla Taş bir neçə il əvvəl də həbs edilib. O, terror təşkilatına kömək etmək səbəbilə 3 il 15 gün həbs cəzası alsa da daha sonra azadlığa buraxılıb. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin