Uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən Əməkdar artist Gülbahar Şükürlünün səhhəti yenidən pisləşib.
Bizim.Media xəbər verir ki, bu haqda “Elgizlə izlə” ictimai-sosial verilişində məlumat verilib.
MRT (Maqnit Rezonans Tomoqrafiya) müayinəsindən keçən G.Şükürlünün baş-beynində yeni bir törəmə aşkar edilib. Amma bu törəmə xoş xasisəli törəmədir. Ölçüləri kiçikdir və hər hansısa bir əməliyyata ehtiyac yoxdur.
Əməkdar artistin sağlamlıq vəziyyəti ilə bağlı redaksiyamızın əməkdaşı onunla əlaqə saxlayıb. G.Şükürlü səhhətinin yaxşı olduğunu bildirib:
“Bilirsiniz ki, mən bir neçə il əvvəl beynimdən əməliyyat olunmuşam. Çox ağır əməliyyatdır. Təbii ki, səhhətimdə vaxtaşırı problemlər yaranır. Səhhətimi diqqətdə saxlamaq üçün keçən həftə müayinəyə getdim. Baş-beyin nahiyyəmin MRT-si oldu.
Çox şükürlər olsun ki, cavablar yaxşı oldu. Düzdür, törəmə aşkarlansa da, amma o xoşxassəlidir. Yəni yenidən əməliyyata ehtiyac yoxdur. Xəstəyəm deyib insanları vahiməyə, həyəcana salmaq istəmirəm. Hazırda özümü yaxşı hiss edirəm. Allaha sığınmışam. İnşallah, hər şey yaxşı olacaq”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:14 / 25.10.2023
Onkoloji xəstəlikdən əziyyət çəkən Gülbahar Şükürlü səhhətindən DANIŞDI – ÖZƏL
Hazırda oxunan: Onkoloji xəstəlikdən əziyyət çəkən Gülbahar Şükürlü səhhətindən DANIŞDI – ÖZƏL
Hazırda oxunan: Onkoloji xəstəlikdən əziyyət çəkən Gülbahar Şükürlü səhhətindən DANIŞDI – ÖZƏL
161427
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.